Siyasət 17:43 22.02.2023

Sergey Lavrov Bakıya gəlir

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova bildirib ki, Lavrov Bakıda keçiriləcək Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək. Səfər fevralın 27-28-də baş tutacaq.

Qeyd edək ki, Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclası iki ölkə arasında müttəfiqlik münaisbətlərinin qurulmasının bir illiyinə həsr olunacaq.

Aydın