Siyasət 14:04 15.06.2022

Sergey Lavrov gələn həftə Bakıya gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.