Xəbər lenti

Sərnişin insult keçirdi, təyyarə Bakıya təcili eniş etdi
Ölkə 11:24 30.01.2024

Sərnişin insult keçirdi, təyyarə Bakıya təcili eniş etdi

"Swiss International Air Lines” aviaşirkətinin Sürix-Sinqapir reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

"Boeing 777” təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->