Cavanşir
Mən günaha batıb ölürəm,
Üzüm gəlmir gülməyə, ağlamağa.
Bu günahlarla bu dünyada qalmağa,
O dünyaya getməyə utanıram.
Mən əzab kimi qalmışam bu yer üzündə,
Daha mənə gərək olmayan
ürəyimlə, ağlımla,
bakirəliyi pozulmuş ruhumla,
kirli yaddaşımla hara gedim...
. . .
Mən sevə bilmədiyim andan
daşa, ağaca çevrilmədim,
Yaşaya-ölə bilməyən birisinə çevrildim.
İstəmədiyim xoşbəxtliyimi
həmişə yanımda olan bədbəxtliyimi itirirəm...
mən ölürəm...
. . .
Bu zamanın o başı mı,
Ömrüm çatmayır başa mı?
Əzabam, əzab yaşamır,
Nə yanın, nə gülün mənə.
Mən ömür deyiləm, aham,
Dərdəm, ağrıyam, günaham.
Qara qaranlıq sabaham,
Nələr olub, görün mənə.
Təkcə kədər, qəm görmüşəm,
Mən səadətə gülmüşəm.
Bilir, sevdansız ölmüşəm,
Yaxın gəlmir ölüm mənə.
İşıq, yağış, qar çürüyər,
Bağışlansam, ar çürüyər.
Dünyada nə var, çürüyər,
Bir söyün, tüpürün mənə.
Heçliklərə ayaq basdım,
Bu ömürdən itdim, azdım.
Mən ləkəydim, hisdim, pasdım,
Mən nəydim, bildirin mənə.
Şərhlər