Xəbər lenti

Foto 17:10 14.09.2023

"Səyyar qəbul otağı"nın növbəti ünvanı İsmayıllı rayonunun Topçu kəndi oldu (FOTO)

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən "Açıq mikrofon” aksiyasının imkanlarından bu gün İsmayıllı rayonunun Topçu kənd sakinləri yararlanıblar. 

Aksiyada iştirak edən vətəndaşlar qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciət ediblər. Topçu kənd sakinləri Sahil Vəliyev və Süleyman Bəşirov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş ediblər. Eynulla Qurbanovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. 

Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan sakinlər isə suallarına cavab tapıblar. 

Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?