Xəbər lenti

Siqaret satışı azalır, şirkətlər sintetik nikotini təbliğ edir - Həkimlər narahatdır
Sağlamlıq 13:24 05.06.2025

Siqaret satışı azalır, şirkətlər sintetik nikotini təbliğ edir - Həkimlər narahatdır

İri tütün istehsalçıları siqaret satışlarının azalması fonunda "ağ snyus" adlanan məhsulu fəal şəkildə təşviq etməyə başlayıblar.

Qaynarinfo "Financial Times" qəzetinə istinadən xəbər verir ki, şirkətlər siqaret və ümumilikdə tütün məhsullarına tələbatın azalmasını müşahidə edirlər. Mənfəəti qorumaq məqsədilə istehsalçılar sintetik nikotin əsaslı yastıqcıqlardan ibarət olan "ağ snyus"un istehsalına ciddi sərmayələr yatırırlar.

Həkimlər isə bu nikotin qəbul forması ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, "ağ snyus"un orqanizmə təsiri hələ tam öyrənilməyib və bu məhsul klassik tütün istifadəsinə nisbətən daha böyük təhlükə yarada bilər.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->