Ölkə 17:10 10.06.2023

Son sutkada cəmi 2 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 3 nəfər sağalıb. Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 878 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 579 nəfər müalicə olunaraq sağalıb, hazırda 19 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 857, bu günə qədər isə ümumilikdə 7 630 905 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 58 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 126, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 970, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 247 nəfər təşkil edir.