Ölkə 17:47 14.05.2023

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 658 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 292 nəfər müalicə olunaraq sağalıb, 10 268 nəfər vəfat edib, aktiv xəstə sayı 98 nəfərdir.

Ölkədə son sutka ərzində 737, hazırkı dövrədək isə 7 604 359 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 79 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 963 200, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 775, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 153, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 195 təşkil edir.