Ölkə 16:51 09.07.2023

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 1 nəfər sağalıb, daha bir nəfər isə dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 961 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 665 nəfər müalicə olunaraq sağalıb, hazırda 11 aktiv xəstə var. Bu günə qədər 10 285 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 495, bu günə qədər isə ümumilikdə 7 650 864 test icra olunub.

Ölkədə son sutka ərzində 42 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 834 olub.