Sumqayıtda kuryoz hadisə: Bu obyekt kimindir? (VİDEO)
Sumqayıtın mərkəzində, Heydər Əliyev prospekti 40-cı məhəllədə avtobus dayanacağına bitişik gecəqondu peyda olub. Daşınan konsturuksiyadan gecə saatlarında inşa olunan bu obyekt avtobus dayanacağının ərazisini və səkini zəbt edib. Gecəqondu obyektin yaxınlığında Sumqayıt Tibb Mərkəzi, o cümlədən 1 nömrəli xəstəxana, Polklinka şöbəsi, üzbəüz küçədə isə 3 saylı orta məktəb yerləşir.
Yenicag.az-a müraciət edən yerli sakinlər bildirirlər ki, gecə saat 3-də sürətlə inşa edən bu obyekt şəhərin sıx hərəkət zonasında gediş-gəlişə ciddi əngəl törədir.
Maraqlıdır ki, bu obyektin kim tərəfindən inşa olunduğu bilinmir. Obyektin hansı sahədə fəaliyyət göstərəcəyini də bilən yoxdur. Ərazidə tibb ocaqlarının olması səbəbi ilə obyektin aptek kimi fəaliyyət göstərəcəyini güman edənlər var.
Obyekt barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, onlar Heydər Əliyev prospekti 40-cı məhəllədə səkinin üzərində avtobus dayanacağına bitişik hər hansı bir obyektin inşasına və fəaliyyətinə icazə verməyiblər. Obyektin kim tərəfindən ora qoyulmasından da xəbərsizdirlər. İcra Hakimiyyətindən bildirilib ki, əraziyə gəlib obyektə baxış keçirəcəklər.
İki gün keçməsinə baxmayaraq, icra hakimiyyətindən nə əraziyə gəlib baxış keçirilib, nə də qanunsuz obyektin söküntüsünə başlanılıb.
Yazı dərc edilməyə hazırlanarkən şikayətçilər bildirdilər ki, qanunsuz obyekt nəinki sökülür, əksinə fəhlələr hazırda obyektin ətrafındakı tameti yeniləyirlər. Bu isə başqa mətləblərdən xəbər verir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər