Xəbər lenti

Dünya 17:38 04.08.2023

Sunak bu səbəbdən BMT Baş Assambleyasında iştirak etməyə bilər - "The Telegraph"

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkənin daxili problemlərinə görə BMT Baş Assambleyasının liderlərinin iclasında iştirak etməyə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” The Telegraph-a istinadən yazır

Nəşrin məlumatına görə, Sunak gələn ay keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirakını hələlik təsdiqləməyib.

Materialda deyilir ki, Britaniyanın baş naziri bunun əvəzinə seçki kampaniyası zamanı verdiyi beş vədi yerinə yetirməkdə irəliləyişə nail olmaq və Mühafizəkarlar Partiyasının illik konfransına hazırlaşmaq istəyir.

Nəşr qeyd edir ki, Sunak 10 ildən sonra BMT Baş Assambleyasında iştirak etməyəcək ilk baş nazir ola bilər. Devid Kemeron sonuncu dəfə 2013-cü ildə görüşü buraxmışdı.

Eyni zamanda, Dauninq-Strit-dəki mənbə Sunakın səfərinin "adi şəkildə elan ediləcəyini" söyləyib.

İyul ayında bildirilib ki, hazırkı baş nazir Rişi Sunakın dəstək reytinqi Britaniyanın baş naziri təyin olunmasından bəri ən aşağı səviyyəyə düşüb. 

KİV-in məlumatına görə, hakim Mühafizəkarlar Partiyasının aparıcı üzvləri mandatların fəlakətli şəkildə itirilməsinin qarşısını almaq üçün Sunakı 2024-cü ilin yazında seçki keçirməyə çağırırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->