2023-cü ildə danimarkalı psixiatr Sören Dinesen Osterqaard süni intellektin psixi sağlamlığa təsiri barədə qaranlıq xəbərdarlığını dərc etdikdə, sözügedən texnoloji nəhənglər - həvəslə çatbotlar yaradan şirkətlər - onu eşitmədilər. O vaxtdan bəri çox sayda insan süni intellektlə "üz-üzə” gəldikdən sonra həyatını itirib.
Daha çox istifadəçi isə ChatGPT kimi modellərə xəstəlik dərəcəsində bağlılıq nəticəsində təhlükəli psixoloji "dovşan dəliklərinə” düşüb. İndi isə yeni xəbərdarlıq yayımlanıb: dünyanın intellektual elitası süni intellektdən istifadə edərək "koqnitiv borc” yığır.
Qaynarinfo xəbər verir ki, bunu "Futurism" yazır.
Osterqaard "Acta Psychiatrica Scandinavica" jurnalında dərc olunmuş redaktora məktubunda iddia edir ki, süni intellektdən istifadə edən alimlərin yazı və tədqiqat bacarıqları zəifləyir. "Bəzi insanlar təbii olaraq istedadlıdır, amma elmi düşüncə (və ümumiyyətlə düşüncə) doğuşdan gələn qabiliyyət deyil. O, tərbiyə, təhsil və davamlı təcrübə yolu ilə formalaşır", deyə alim izah edir.
Alimin sözlərinə görə, süni intellektin geniş elmi tapşırıqları avtomatlaşdırmaq qabiliyyəti həqiqətən heyrətamizdir, amma bu, istifadəçi üçün mənfi nəticələrdən azad deyil.
Nobel mükafatı laureatlarının nümunəsi
Tədqiqatçı onu narahat edən uzunmüddətli nəticələrə nümunə olaraq Demis Hassabis və Con Cumperi göstərir. 2024-cü ildə onlar süni intellektin elmi kəşflərdəki potensialını "təsirli şəkildə nümayiş etdirdiklərinə" görə Kimya üzrə Nobel mükafatına layiq görülüblər. "Google DeepMind" tərəfindən hazırlanmış süni intellekt sistemi olan "AlphaFold2"dən istifadə edərək Hassabis və Cumper demək olar ki, bütün məlum zülalların üçölçülü strukturlarını dəqiq proqnozlaşdıra bildilər ki, bu da böyük bir elmi nailiyyətdir.
Osterqaard yazır ki, onların bu nailiyyəti boşluqdan yaranmayıb - bu, ömür boyu davam edən intensiv elmi təlimin təməli üzərində qurulub.
"Əminəm ki, hətta Hassabis və Cumper kimi insanlar da, əgər generativ süni intellekt alətləri – onların inkişafına öz töhfələrini verdikləri alətlər – onların karyerasının əvvəlindən və ya məktəbə başlamazdan əvvəl mövcud olsaydı, Nobel səviyyəsinə çata bilməzdilər", deyə Osterqaard yazır.
Onun sözlərinə görə, səbəb budur ki, belə alətlər mövcud olsaydı, onlar müstəqil düşüncə təcrübəsi qazanmaq şansı əldə etməyə bilərdilər.
"Zehi əzələlərin” atrofiyası
"Əgər süni intellekt çatbotlarının istifadəsi həqiqətən koqnitiv borc yaradırsa, biz çox çətin vəziyyətdə ola bilərik”, deyə psixiatr əlavə edir.
Onun qaranlıq qorxularını digər alimlər də bölüşür. Məsələn, Monterrey Universitetinin neyrobioloqu Umberto Leon Dominqes bildirir ki, süni intellektin məsuliyyətsiz istifadəsi keçmiş nəsillərin tələbələri və alimləri tərəfindən özləri işlədilən "zehi əzələlərin” işini əvəz edə bilər. Digər tədqiqatçılar razıdır ki, "koqnitiv yüngülləşmə” (zehni prosesləri xarici vasitələrə həvalə etmək) süni intellektin istifadəsi üçün ciddi riskdir.
Osterqaard xəbərdarlıq edir ki, uzunmüddətli perspektivdə bu, gələcək nəsillərdə Demis Hassabis və Con Cumper kimi insanların ortaya çıxma şansını azaldacaq.
Aydın
Şərhlər