Xəbər lenti

Türkiyədə 300 milyonluq əməliyyat: 25 nəfər saxlanıldı, 2 şirkət müsadirə edildi
Dünya 13:31 13.02.2026

Türkiyədə 300 milyonluq əməliyyat: 25 nəfər saxlanıldı, 2 şirkət müsadirə edildi

Türkiyədə girişinə qadağa qoyulmuş sosial media platformaları "OnlyFans" və "Telegram" vasitəsilə ödəniş qarşılığında pornoqrafik məzmun paylayaraq əldə etdikləri gəliri yuyduqları iddia olunan 25 nəfər və əlaqəli 2 şirkətə qarşı əməliyyat həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, aparılan araşdırmalar nəticəsində şübhəlilərə və şirkətlərə aid olduğu müəyyən edilən təxminən 300 milyon lirə (təxminən 11,7 milyon manat) dəyərindəki əmlak müsadirə edilib.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma zamanı Türkiyədə qadağan olunmuş "OnlyFans" platformasında və bu platforma ilə əlaqəli digər sosial media kanallarında ödəniş qarşılığında pornoqrafik şəkil və videoların paylaşıldığı aşkar edilib.

İstanbul 1-ci Sülh Məhkəməsinin 7 iyun 2023-cü il qərarı ilə "OnlyFans"a giriş, ictimai əxlaq və türk ailə dəyərlərinə uyğun olmayan məzmun daşıdığı üçün qadağan edilib. Lakin, şübhəlilərin VPN vasitəsilə platformaya giriş etdiyi müəyyən edilib. Onlar həmçinin bu platformaya girişləri təşviq etmək üçün açıq sosial media hesablarında seksual məzmun paylaşıblar.

Araşdırmalar göstərib ki, şübhəlilər daha çox qarşılıqlı əlaqə əldə etmək məqsədilə bəzi şəkil və videoları ödəniş qarşılığında paylayır, istifadəçilər bu məzmunlara "OnlyFans" və ya "Telegram" kimi xüsusi kanallar vasitəsilə çıxış əldə edə biliblər.

Şübhəlilər əldə etdikləri gəliri daşınar/daşınmaz əmlak, Bitkoin, qızıl və ya bank vasitəsilə müddətli hesablar açaraq investisiya etmiş və beləliklə gəliri yuma yolu ilə leqallaşdırmışlar.

2 şirkət, 10 daşınmaz əmlak və 14 avtomobili əhatə edən şübhəlilərin mal varlığının və şirkətlərin kapital bazar dəyərinin ümumi məbləği təxminən 300 milyon TL təşkil edib.

Faktlar əsasında 25 şübhəli və 2 şirkətə qarşı İstanbul mərkəzli 8 əyalətdə əməliyyat keçirilib və şübhəlilərin əmlakları müsadirə olunub.

Aydın
--> -->