Xəbər lenti

İdman 14:56 13.06.2023

Superliqanın bombardiri yeni klubu ilə müqavilə bağladı

"Fənərbaxğa”da mövsümü bombardir kimi başa vuran və klubla müqaviləsi bitən Enner Valensiyanın yeni klubu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, hücumçu Braziliya klubu "İnternasional”la anlaşıb. Klubun rəsmi saytı 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. 

Ekvadorlu futbolçu Səudiyyə Ərəbistanından gələn astronomik təklifi rədd edərək, "İnternasional”ı seçib. Onun iyulun 9-da "İnternacional" - "Fluminense" matçında meydana çıxacağı gözlənilir.

Bu mövsüm "Fənərbağça"da 48 matça çıxan "Valensiya" 33 qolla Superliqanın bombardiri olub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->