Xəbər lenti

Sağlamlıq 22:55 11.04.2024

Sürətli qocalma xərçəngin inkişafına səbəb olur - Alimlər

Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki, sürətlənmiş bioloji qocalma ağciyər, mədə-bağırsaq traktının və uşaqlığın xərçənginə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının (AACR) saytında təqdim olunub.

Tədqiqatçılar izah ediblər ki, sürətlənmiş bioloji qocalma insan orqanizminin hələ qocalığa çatmamış orqan və sistemlərinin tədricən deqradasiyasının bioloji prosesidir. Gənc və yaşlı yetkinlərdə bioloji yaş və xərçəng riski arasındakı əlaqəni öyrənmək üçün tədqiqatçılar 148 724 nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər.

Onlar doqquz qan biomarkerindən istifadə edərək hər bir iştirakçının bioloji yaşını hesablayıblar: albumin, qələvi fosfataza, kreatinin, C-reaktiv zülal, qlükoza, qırmızı qan hüceyrələrinin orta həcmi və paylanması, qanda ağ qan hüceyrələrinin sayı və limfosit nisbəti. Bioloji yaşı xronoloji yaşından yüksək olan insanlar "sürətlənmiş qocalma qrupu"na aid edilirdi.

Alimlər müəyyən ediblər ki, 1965-ci il və ya daha sonra doğulmuş fərdlərin 1950-1954-cü illər arasında anadan olanlara nisbətən bioloji qocalmanı 17% daha tez hiss edirlər.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bioloji qocalmanın yaş-xronoloji normalardan hər bir standart sapma artımı erkən başlayan ağciyər xərçəngi riskinin 42%, mədə-bağırsaq xərçəngi 22% və uşaqlıq yolu xərçənginin 36% artması ilə əlaqələndirilir.

Sürətlənmiş qocalma gec başlayan ağciyər xərçəngi riskinə əhəmiyyətli dərəcədə təsir göstərməyib (tədqiqatda 55 yaşdan sonra diaqnoz qoyulmuş xərçəng kimi müəyyən edilib). Lakin bu, daha yaşlı yaşda mədə-bağırsaq və uşaqlıq yolu xərçəngi riskinin müvafiq olaraq 16% və 23% artması ilə əlaqələndirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?