Xəbər lenti

Tanzaniyada sərnişin təyyarəsi Viktoriya gölünə düşdü, ölənlər var
Dünya 19:15 06.11.2022

Tanzaniyada sərnişin təyyarəsi Viktoriya gölünə düşdü, ölənlər var

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində azı 3 nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Tanzaniyanın "The Citizen” qəzeti məlumat yayıb.

Gölə düşən təyyarədən 26 nəfər xilas edilib.

Fransa-İtaliya istehsalı olan ATR 42-500 təyyarənin göyərtəsində 43 nəfər olub: 38 böyük sərnişin, 1 uşaq, 2 pilot və 2 digər ekipaj üzvü.

Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->