Xəbər lenti

Tarix kitabları dəyişə bilər: Bəşəriyyətin başlanğıcı Avropaya doğru dəyişir?
Dünya 20:14 08.03.2026

Tarix kitabları dəyişə bilər: Bəşəriyyətin başlanğıcı Avropaya doğru dəyişir?

İnsanlığın mənşəyi barədə bildiyimiz bütün hekayə, Balkanların ürəyindən gələn heyrətamiz bir kəşflə alt-üst olub. 

Qaynarinfo xəbər verir ki, uzun illər elmi cəmiyyətin qəbul etdiyi əsas fikir belə idi: ilk insan əcdadları təxminən 7 milyon il əvvəl Afrika qitəsində ortaya çıxmışdı. Lakin Bolqarıstanın Azmaka bölgəsində tapılan yeni sümük qalıqları, soyağacımızın gözlənildiyindən daha qədim olduğunu və istiqamətinin Afrikadan deyil, Avropadan başladığını düşündürür. Əgər bu tapıntılar təsdiqlənərsə, insanlığın başlanğıcı ilə bağlı dərsliklər yenidən yazılacaq.

İlk insan ataları Avropada yaşayıb?

Bu müzakirənin mərkəzində bütün insan əcdadlarını əhatə edən bir qrup dayanır. İndiyə qədər məlum olan ən qədim və mübahisəsiz insan əcdadı Keniyada yaşayan və iki ayaq üzərində hərəkət qabiliyyəti ilə seçilən Orrorin növü idi.

Lakin Bolqarıstanın Azmaka bölgəsində tapılan uyluq sümüyü diqqətləri Balkanlarda yaşamış Graecopithecus növünə yönəldib. Təxminən 24 kiloqram ağırlığında bir dişiyə aid olduğu güman edilən bu qədim sümüklə, iki ayaq üzərində hərəkətin ən bariz işarəsi sayılan uzun boyun quruluşu müşahidə olunur.

İlk addımlar Balkanlarda mı atıldı?

Toronto Universitetindən professor David Begun və tədqiqat qrupu bildirir ki, 7,2 milyon il əvvələ aid bu qalıq bilinə ən qədim insan əcdadı ola bilər. Onların fikrincə, bu canlı, ağaclarda yaşayan əcdadlarımız ilə tamamilə yer üzünə inmiş müasir insanlar arasındakı keçid mərhələsini təmsil edir.

Amma Graecopithecus müasir mənada mükəmməl bir yürüşçü deyildi. Sümük quruluşundakı biomekanik detallar göstərir ki, bu növ həm iki ayaq üzərində durmaq, həm də lazım gələrsə dörd ayaq üzərində hərəkət etmək qabiliyyətinə malik idi. Yəni iki ayaq üzərində hərəkət tək anda yaranmayıb, milyonlarla il davam edən çoxmərhələli bir proses nəticəsində formalaşıb.

Ayağa qalxmaq niyə zəruri oldu?

Alimlər hesab edir ki, bu dəyişiklik əsasən iqlim böhranı ilə bağlıdır. Son Miyosen dövründə Şərqi Aralıq dənizi və Qərbi Asiyadakı sıx meşələr yox olub, açıq sahələr ortaya çıxanda canlılar həyatda qalmaq üçün ağaclardan yerə enməli oldu. Yerdə hərəkət etmək və uzaq məsafələri görmək, iki ayaq üzərində durmağı vacib bir təkamül təzyiqinə çevirdi.

Tədqiqatçılar əlavə edirlər ki, bu ilk yürüşçülər sonradan iqlim dəyişiklikləri səbəbindən Afrikaya köç edərək, orada bildiyimiz insanlıq tarixini başladıb.

Aydın

--> -->