Xəbər lenti

TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi
Ölkə 20:43 07.11.2025

TDT Zəfər Günü münasibətilə Azərbaycanı təbrik etdi

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın "X” hesabında qeyd olunub.

"8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik”, - TDT-nin təbrik mesajında bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->