"Telegram” messenceri 187 min 634 qrup və kanalı bloklayıb.
Fevralın əvvəlindən etibarən "Telegram” artıq 2,04 milyon icmaya çıxışı məhdudlaşdırıb. Onlardan 7116-sı terrorizmlə əlaqəli olub.
2026-cı ilin əvvəlindən bloklanan qrup və kanalların ümumi sayı 7,5 milyona yaxınlaşıb. Bu rəqəmə platforma tərəfindən terrorizmlə əlaqəli hesab edilən 27 382 icma da daxildir.
Qeyd edək ki, "Telegram"da 2015-ci ildən etibarən istifadəçi şikayətləri və maşın öyrənməsindən istifadə edilən proaktiv monitorin sistemi tətbiq olunur . 2024-cü ilin əvvəlində bu tədbirlərə süni intellekt əsaslı moderasiya alətləri də əlavə edilib.
Şərhlər