İranın ali lideri Əli Xamenei təhlükəsizlik qüvvələrinin ölkədəki etirazları yatırmaması halında Tehrandan təxliyə planı hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.
Qəzet yazır ki, İranın təhlükəsizlik qüvvələri etirazçılardan qaçarsa və ya onların tərəfini tutarsa, 86 yaşlı Xamenei paytaxtı 20 ailə üzvü və köməkçisi ilə tərk etmək niyyətindədir. Nəşrin məlumatına görə, planda İran Ali Liderinin oğlu və varisi Müctəba Xameneinin təxliyəsi nəzərdə tutulur.
İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabtinin sözlərinə görə, Əli Xamenei Moskvaya qaça bilər. "The Times" qəzetinin istinad etdiyi bir hesabatda deyilir ki, İranın ali lideri 2025-ci ilin iyun ayında İsrail ilə 12 günlük müharibədən sonra "zəifləyib". Əli Xamenei uzun müddətdir ki, nadir hallarda ictimaiyyət qarşısına çıxır - o cümlədən İranda son bir neçə gün davam edən etirazlar zamanı.
"The Times" yazır ki, Əli Xameneinin təxliyə planı 2024-cü ilin dekabrında devrilmiş və Rusiyada sığınacaq almış Suriya prezidenti Bəşər Əsədin qaçışına əsaslanır. 2025-ci ilin sentyabr ayının sonlarında Suriya məhkəməsi keçmiş prezidenti qiyabi olaraq həbs edib və ona qətl, işgəncə və qanunsuz həbs ittihamları irəli sürüb. Dekabrın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova keçmiş Suriya liderinin taleyi barədə sual verilib, lakin o, Əsədin Rusiyada qalması ilə bağlı hər hansı bir məlumatı paylaşmaqdan imtina edib.
Aydın
Şərhlər