XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tovuzda zəncirvari qəza olub, ölən var
Ölkə23:23 07.09.2026

Tovuzda zəncirvari qəza olub, ölən var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.