XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb
Ölkə19:08 07.09.2026

Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən Qaynarinfo-a verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.