Xəbər lenti

Toyları yerli əhalini qəzəbləndirdi:
Foto 17:27 06.06.2026

Toyları yerli əhalini qəzəbləndirdi: "Bu, toy deyil, görməmişlikdir" (FOTO)

Musiqi dünyasının gənc ulduzu Dua Lipa britaniyalı aktyor Kallum Turner ilə rəsmi olaraq evlənib. Cütlüyün nikahı əvvəlcədən ictimaiyyətə açıqlanmadığı üçün gözlənilməz olub.

Qaynarinfo xəbər verir ki, Londonda keçirilən sadə nikahdan sonra isə onların İtaliyanın Siciliya adasında yerləşən Palermo şəhərində üç gün, üç gecə davam edən möhtəşəm toy mərasimi böyük diqqət çəkib. "İlin toyu" kimi təqdim edilən tədbirlər dünən gecə kokteyl ziyafəti ilə başlayıb.

Qonaqlar arasında tanınmış simalar

Tədbirə çox sayda məşhur qatılıb. Şarli XCX və həyat yoldaşı Ceorc Daniel, aktrisa Meril Stripin qızı Qrays Qummer və musiqiçi Mark Ronson, eləcə də moda dizayneri Donatella Versace qonaqlar arasında yer alıb.

Eyni zamanda həm Dua Lipa, həm də Kallum Turnerın ailə üzvləri və yaxınları da mərasimdə iştirak edib. Cütlük qonaqları qarşılayarkən böyük sevinc içində olub və iştirakçılarla ayrı-ayrılıqda görüşərək onları salamlayıblar.

Dua Lipa ağ rəngli "Bottega Veneta" imzalı açıq kürəkli və tüklü detallar olan libas geyinib, görünüşünü uyğun çanta ilə tamamlayıb. Kallum Turner isə "Jacques Marie Mage" imzalı açıq rəngli yay kostyumu seçib. Məlumata görə, üç gün davam edəcək tədbirlər üçün 1,5 milyon funt-sterlinqdən çox xərc çəkilib.

Palermo şəhərindəki "Valguarnera Gangi" sarayında keçirilən kokteyl zamanı cütlük qonaqları qarşılayıb və tez-tez romantik anlar yaşayıb.

Şəhərdə etirazlar və narazılıq

Toy mərasimi Palermo gündəlik həyatına da təsir edib. Təhlükəsizlik səbəbilə şəhərin əsas yolları və tarixi meydanlara çıxışlar bağlanıb.

Bu vəziyyət yerli sakinlərin narazılığına səbəb olub. Şəhərin müxtəlif yerlərində "Palermo icarəyə verilmir”, "Bizim meydanlarımız sizin qonaq otağınız deyil”, "Palermo varlılar üçün deyil” kimi etiraz plakatları asılıb.

Bəzi sakinlər sosial şəbəkələrdə və mediada tədbiri tənqid edərək bunun şəhəri "əyləncə parkına çevirdiyini” bildirib.

Bir mağaza sahibi bu tədbirin hətta Papa səfəri üçün görülən tədbirlərlə müqayisə olunmasını düzgün saymadığını deyib və şəhərdə ciddi narahatlıq yarandığını vurğulayıb.

Digər yerli sakinlərdən biri isə üç gün ərzində avtomobillərini uzaq məsafələrdə saxlamaq məcburiyyətində qaldıqlarını, bunun gündəlik həyatı çətinləşdirdiyini bildirib.

Sosial şəbəkələrdə də geniş müzakirələr aparılıb. İstifadəçilərin bir qismi bu cür tədbirləri "eqoizm və görməmişlik” kimi qiymətləndirib, digərləri isə ictimai məkanların bağlanmasının yolverilməz olduğunu qeyd edib.

Bəzi şərhlərdə isə qeyd olunub ki, bu cür genişmiqyaslı tədbirlər yalnız məşhurların imic layihəsi xarakteri daşıyır və yerli əhaliyə real fayda vermir.

Aydın

--> -->