Video 11:52 24.02.2024

Toyuna gedərkən ağır qəzada ölən 28 yaşlı Elnurun nişanlısı ilə son görüntüləri (VİDEO)

Yevlaxda ağır yol qəzasında ölən Elnur Abdullayevin nişanlısı ilə son görüntüləri yayılıb.

Qaynarinfo BAKU.TV-yə istinadən xəbər verir ki, videoda 28 yaşlı gəncin sevdiyi xanımla xoş anları yer alıb.

Bu gün Elnur Abdullayevin nişanlısı ilə qız toyu olacaqdı. Lakin o ötən gün Yevlaxda baş verən ağır yol qəzasında həyatını itirib. Elnur toyu ilə əlaqədar Şəkiyə gedirmiş.

O rayonun Böyük Dəhnə kənd sakini idi.

Xatırladaq ki, ötən gün 28 yaşlı Elnur Abdullayevin minik avtomobili yük maşını ilə toqquşub.
Nəticədə o aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ətraflı videoda: