Xəbər lenti

Tramp G7 sammiti üçün Cenevrədədir
Dünya 21:13 15.06.2026

Tramp G7 sammiti üçün Cenevrədədir

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bu həftə keçiriləcək G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, o, Vaşinqtondan gecə saatlarında yola düşüb. ABŞ Prezidenti Cenevrə hava limanından builki sammitin keçiriləcəyi Fransanın Alp kurortu olan Evian-le-Ben şəhərinə gedəcək.

Sammitdə İranla yeni müqavilə əsas müzakirə mövzusu olacaq.

Bu gün Donald Tramp Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşəcək.

--> -->