XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tramp kəşfiyyat rəhbərlərini topladı
Dünya22:25 13.08.2026

Tramp kəşfiyyat rəhbərlərini topladı

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp kəşfiyyat ictimaiyyətinin nümayəndələri ilə qapalı görüş keçirib.

Qaynarinfo xəbər verir ki, görüş Vaşinqton və Tehran arasında mövcud münaqişənin nizamlanması üçün kompromis axtarışları fonunda baş tutub.

Qeyd olunub ki, görüşə İran və Omanın Hörmüz boğazı ilə bağlı əldə etdiyi razılaşmalar səbəb olub. Məlumata görə, tərəflər əlavə rüsumlar tutulmadan boğazdan 60 günlük azad gəmiçilik dövrü barədə razılığa gəliblər.

Xatırladaq ki, bu gün Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı vəziyyətə tam nəzarət etdiyini bildirib. Amerika liderinin sözlərinə görə, İranın faktiki olaraq döyüşə yararlı hərbi dəniz və hərbi hava qüvvələri yoxdur, ordunun şəxsi heyəti isə pul təminatı ilə təmin olunmur. Bundan əlavə, Tramp yüksək inflyasiya səviyyəsinə istinad edərək Tehranın iqtisadi vəziyyətini son dərəcə ağır kimi qiymətləndirib.