XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" Konfrans Liqasının cavab oyununa çıxır
İdman09:00 13.08.2026

"Qarabağ" Konfrans Liqasının cavab oyununa çıxır

"Qarabağ" klubu bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, komandamız Bakıda Ukraynanın "Dinamo" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Polşada baş tutan ilk görüşdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdırlar.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

13 avqust
20:00. "Qarabağ" - "Dinamo
Hakimlər:
Stüart Attvell, İan Hussin, Nik Qrinhalq, Lyuis Smit (İngiltərə).
VAR: Peter Bankes (İngiltərə).
AVAR: Ceyms Bell (İngiltərə).
Tofiq Bəhramov adına Respublika stadionu (Bakı)