Xəbər lenti

İdman 12:10 27.12.2023

Türkiyə futbolunun ən yaxşıları süni zəka vasitəsilə seçildi

Süni intellekt proqramı "ChatGPT" Türkiyə futbol tarixinin ən yaxşılarını müəyyənləşdirib.

Qaynarinfo-nun məlumatına görə, seçimin nəticələri "Sabah" qəzetində yayımlanıb. Proqram ilk pilləyə "Barselona", "Atletiko" kimi İspaniya nəhənglərində də çıxış etmiş Arda Turanı ilk pilləyə layiq görüb. Maraqlıdır ki, siyahıda "Qalatasaray" və Türkiyə millisinin digər əfsanəsi ölkəsində, Azərbaycanda, həmçinin dünyada bir çox azarkeşin ürəyini fəth edən Hakan Şükür yer almayıb.

Süni zəkanın seçdiyi futbolçular aşağıdakılardır: 

Mətin Oktay
 


Əsasən "Qalatasaray"dakı çıxışı ilə tanınan və türk futboluna ciddi töhfələr verən Oktay "Tacsız Kral" kimi tanınırdı. O, 1955-1969-cu illərdə "Qalatasaray"la yanaşı "İzmirspor" və "Palermo"da çıxış edib.

Rüştü Reçber
 


Türkiyə futbol tarixinin ən yaxşı qapıçılarından olan Rüştü həm millidə, həm də klub səviyyəsində  "Fənərbağça", "Barselona" və "Beşiktaş"da iz qoymağı bacarıb.

Tuqay Kerimoğlu
 


Yarımmüdafiəçi uzun illər türk futboluna xidmət edib və beynəlxalq arenalarda uğur qazanıb. Peşəkar karyerasına "Qalatasaray”da başlayan Kərimoğlu Şotlandiya klubu "Qlazqo Reyncers”ə, daha sonra o vaxtlar Premyer Liqada mübarizə aparan "Blekbörn"ə transfer olunub.

Okan Buruk
 


Türkiyə futbolunda mühüm rol oynayanlardan biri də məhz Okan Buruk olub. Ötən "Qalatasaray"la çempionluq qazanan gənc məşqçi futbolçu karyerasına elə bu klubda başlamışdı. Daha sonra "İnter", "Beşiktaş" və "Başakşəhər"də çıxış edib.

Nihat Kahveci
 


Həm Türkiyədə, həm də xaricdə uğurlu karyerası olan Nihat Kahveci qol vurma bacarığı ilə yaddaşlarda iz buraxıb. Karyerasına "Beşiktaş”da başlayan Nihat daha sonra İspaniya nəhəngi "Real Sosyedad”a, ardından "Vilyarreal”a transfer olunub. Oynadığı klublarda azarkeşlərin sevgisini qazanıb.

Sərgən Yalçın
 


Texniki bacarığı və yaradıcılığı ilə tanınan hücumçu Türkiyə futbol tarixinin ən istedadlı futbolçularından biri hesab olunur. Karyerasına "Beşiktaş”da başlayan Sərgən "Qalatasaray”, "Fənərbağça” və "Trabzonspor”da çıxış edən nadir oyunçulardandır.

Tuncay Şanlı
 


Həm Türkiyədə, həm də ölkə xaricində çıxış edən Şanlı hücum xəttindəki bacarıqları ilə tanınınrdı. Karyerasına "Sakaryaspor”da başlayan futbolçu "Fənərbağça”, "Midlsbro”, "Stok Siti”, "Volfsburq”, "Bolton”, "Bursaspor”, "Umm Salal” və "Pun Siti”də də oynayıb. 

Hamit Altıntop
 


Altıntop bütün futbolçu karyerası boyunca enerjili və çoxyönlü bir oyunçu kimi tanınıb. Onun beynəlxalq arenada qazandığı nailiyyətlər və türk futboluna verdiyi töhfələr futbolsevərlər tərəfindən yüksək qiymətləndirilib. O, Türkiyədə "Trabzonspor”, "Qalatasaray” kimi klublarında çıxış edib. Almaniyada isə "Şalke 04” və "Bavariya”nın formalarını geyinib. O, bir mövsüm İspaniya nəhəngi "Real"da da çıxış edib.

Emre Belözoğlu
 


Türkiyə futbolunun önəmli yarımmüdafiəçilərindən olan Emre həm öz ölkəsində, həm də xaricdə karyera qurub. Belözoğlu karyerası ərzində "Qalatasaray", "İnter", "Nyukasl", "Fənərbağça", "Atletiko" və "Başakşəhər"də çıxış edib.

Nuri Şahin
 


Yarımmüdafiə mövqeyində çıxış edən Nuri Şahin türk futbolunun yetişdirdiyi ən istedadlı futbolçulardan biridir. Dortmund "Borussiya"sında oynadığı müddətdə Bundesliqanın ən gənc qolçusu və ən yaxşı yarımmüdafiəçisi seçilmişdi. Şahin Niderlandda "Feyenoord", İngikltərədə "Liverpul", İspaniyada "Real", Almaniyada "Verder" və son olaraq ölkəsində "Antalyaspor"da çıxış edib.

Arda Turan
 


Həm Türkiyədə, həm də İspaniya La Liqasında oynayan Arda Turan yarımmüdafiədəki bacarığı ilə diqqət çəkib. Peşəkar karyerasına "Qalatasaray”da başlayan futbolçu "Manisaspor”, "Qalatasaray”, "Atletiko", "Barselona”, "Başakşehir” və son olaraq yenidən "Qalatasaray”da çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?