Dünya 20:08 04.05.2022

Türkiyə "Kızılelma" ilə səma imperyasını böyüdür (FOTOLAR)

5Türkiyənin "Bayraktar" şirkətinin yeni pilotsuz təyyarəsi - "Kızılelma" ilə bağlı maraqlı faktlar açıqlanıb.

Qaynarinfo bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir. 

Türk mühəndisləri tərəfindən dizayn və istehsal olunan "Kızılelma" plotsuz təyyarəsi bütün döyüş sursatlarından istifadə edəcək. Dron 1500 kq yükgötürmə qabiliyyətinə və 500 saat ərzində havada fasiləsiz üçüş imkanına malikdir. 

"Kızılelma" "Bayraktar" dronu ilə inteqrasiya olunmuş və kiçik gəmilərdən, qayıqlardan da uçuş və eniş imkanına sahibdir. Beləliklə, hərbi dəniz üevvələrinin də əməliyyatlarında istifadəyə yararlıdır. 

"Kızılelma"nın havadan yerə və havadan havaya hücum qabiliyyəti var.

PUA gələn ilin mart ayında istismara veririləcək. 

İndiyədək Türkiyənin "Bayraktar TB2" və "Bayraktar Akıncı" donları böyük uğurlarla dünyada ad qazanıb. 

"Kızılelma" digər xususiyyətlıri nədən ibarətdir? 

- Uçuş əməliyyatı hündürlüyü: 35,000 fut 
- Havada fasiləsiz uçuşu: 5 saat 
- Kreyser sürəti (təyyarənin maksimum aralığının sürəti və minimum kilometr yanacaq istehlakı): 0,6 max (204 metr/saniyə)  
- Faydalı yükgötürmə qabiliyyəti 1500 kq
- Avtomatik enmə və qalxma 
- Yüksək manevr 

M.Arif