Xəbər lenti

İdman 12:50 10.05.2022

Türkiyədə oynamış konqolu futbolçu 29 yaşında öldü

Türkiyədə bir mövsüm "Yeni Malatyaspor”un da formasını geyinən Codi Lukoki dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi tvitter səhifəsi məlumat yayıb. 29 yaşlı futbolçunun ölüm səbəbi hələlik məlum deyil. Konqolu sağ cinah oyunçusu sonuncu dəfə Niderland klubu "Tvente"də çıxış edib.

Lukoki "Yeni Malatyaspor"dan başqa "Ayaks", "Tvente", "PEC Zvolle" və "Ludoqorets"də çıxış edib. O, 2016-2019-cu illər aralığında "Ludoqorets"in heyətində Bolqarıstanda dörd dəfə liqa çempionu olub.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?