Xəbər lenti

Dünya 09:15 18.04.2024

Türkiyədə zəlzələ: Bu rayonlarda məktəblər bağlandı

Türkiyədə yenidən zəlzələ olub.

Qaynarinfo ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) xəbər verir ki, Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınan zəlzələ 4,7 bal gücündə olub. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

Zəlzələyə görə Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb. Tokat valisinin sözlərinə görə, heç bir mənfi hadisə yaşanmasa da, təhlükəsizlik səbəbi ilə belə qərar verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->