Dünya 14:31 31.08.2022

Türkiyənin Krımla bağlı əks mövqeyi əməkdaşlığımıza mane olmur - Peskov

Türkiyənin Krımla bağlı mövqeyi Moskva və Ankaranın qarşılıqlı fəaliyyətinə mane olmur.

Qaynarinfo xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Ərdoğanın Krımın Ukraynaya qaytarılması ilə bağlı sözlərini şərh edərkən deyib. Bu barədə RİA Novosti məlumat yayıb.

"Ankaranın əvvəldən bu barədə bizimlə fikir ayrılığı var idi. Amma Krım Rusiya Federasiyasının bir hissəsidir, ona görə də Ərdoğanın dilə gətirdikləri mümkün deyil. Buna baxmayaraq, bu, bizə sərf etdiyi məqamda Türkiyə Respublikası ilə əlaqə saxlamağa mane olmur. Bizim üçün faydalıdır. Biz Türkiyə Respublikasının taxıl məsələsində olduğu kimi başqa çətin vəziyyətləri həll etmək səylərini yüksək qiymətləndiririk, - Peskov bildirib və əalvə edib: - Zəruri hallarda biz əlaqə saxlamışıq, bundan sonra da əlaqə saxlayacağıq və qarşılıqlı fəaliyyəti dərinləşdirmək üçün çox yaxşı potensialımız var”. 

Alpər