XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

UEFA 7 klubumuza maliyyə ayırdı
İdman12:07 16.02.2023

UEFA 7 klubumuza maliyyə ayırdı

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ödəniş edib.
Qaynarinfo xəbər verir ki, Avropa futbol qurumunun 2021/2022 mövsümü üçün "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
"Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Səbail"in hərəsinə 271 428 avro ödənilib.
Səbuhi Həsənov