XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel Beer-Şeva"
İdman09:24 25.08.2026

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel Beer-Şeva"

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq.

Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcək.

Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start veriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.