XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb
Dünya09:38 25.08.2026

Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Levon Köçəryanın evində axtarışlar aparılır. Antikorrupsiyaya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.