Xəbər lenti

Ünvanlı sosial yardımlar da artacaq
Ekonomiks 14:02 15.01.2026

Ünvanlı sosial yardımlar da artacaq

2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev açıqlama verib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon manat məbləğində unvanlı sosial yardım ödənilib.

"Bu da 76 min ailəni əhatə edib. Növbəti il üçün dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait ayrılıb. Bu, ötən illə müqayisədə 40 milyon manatdan artıq vəsait deməkdir. Yəni, 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur", deyə Zəka Mirzəyev bildirib.

--> -->