Xəbər lenti

Dünya 17:43 05.05.2022

Ukrayna Rusiya generallarını hansı yolla öldürür? - New York Times

Amerika kəşfiyyatı Ukrayna qüvvələrinə çox sayda rus generallarını öldürməkdə kömək edib.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə "New York Times” yazıb.

Sayta danışan anonim müdafiə rəsmisi ABŞ kəşfiyyatının Ukrayna qüvvələrinə rus generallarının yeri barədə məlumat verildiyini təsdiqləyib. Bu məlumatlar Ukrayna qüvvələrinə yüksək dəyərli hədəflərini məhv etməyə imkan verib.

Bundan əlavə Pentaqon sözcüsu Con Kibri də Amerikanın ukraynalılara özlərini müdafiə üçün istifadə edəcəkləri kəşfiyyat məlumatları ötürdüyünü təsdiqləyib. 

Bildirilir ki, ABŞ kəşfiyyatı Rusiya qoşunlarının yeri, təxmin edilən hərəkət istiqaməti və komanda məntəqələri haqqında başqa məlumatları ukraynalılara ötürür. Ukraynalılar isə öz məlumatlarını da hesablayaraq, əraziyə artilleriya zərbələri endiriblər. 

İndiyə kimi müharibədə Ukrayna Rusiyanın 12 generalını öldürdüyünü bildirib.

Bu gün mövzu ilə bağlı danışan Kreml sözcüsü Dmitri Peskov Rusiyanın Amerika, Qərb ölkələri və bütövlükdə NATO-nun Ukraynaya kəşfiyyat məlumatları ötürdüyündən xəbərdar olduğunu bildirib. Ancaq bütün bunların Rusiyanın Ukraynadakı hədəflərinə çatmağına mane ola bilməyəcini deyib. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->