Dünya 15:39 10.08.2022

Ukraynada döyüşmək istəyənlərə Özbəkistandan sərt xəbərdarlıq

"Perm diyarının Mərkəzi Asiya özbəkləri cəmiyyəti”nin lideri Cahongir Cəlolov Permdəki özbək diasporunun nümayəndələrinə Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək üçün könüllülərdən ibarət tabor yaratmağı təklif edib. 

Qaynarinfo xəbər verir ki, müvafiq videonu "Vetta” teleşirkəti yayımlayıb.

"Uşaqlarımız bağçalara gedir, məktəblərdə, universitetlərdə oxuyurlar. Biz Rusiyada yaşayırıq və işləyirik. Biz nəinki məcburuq, həm də yediyimiz çörəyə haqq qazandırmağa borcluyuq”, - deyə Cəlolov bildirib.

Cəlolovun fikrincə, taboru "Əmir Teymurun böyük adı” ilə adlandırmaq olar.

Özbəkistan hakimiyyəti Cəlolovun bəyanatına dərhal reaksiya verib. Ölkənin Moskvadakı səfirliyi xatırladıb ki, başqa dövlətin ərazisində hərbi əməliyyatlarda iştirak beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır
 
Diplomatik missiya vurğulayıb ki, Ukraynadakə müharibədə döyüşməkləri barədə məlumat olduqda "istisnasız bütün şəxslər” məsuliyyətə cəlb olunacaqlar.  

Nizami Bağırov