Dünya 16:30 07.09.2022

Ukraynada Rusiya ordusunun yüksək rütbəli zabiti əsir götürüldü (VİDEO)

Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını əsir götürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə müvafiq video yayılıb.

İlkin məlumata görə, yüksəkrütbəli zabit Xarkov istiqamətində tutulub.

Videoda onunla yanaşı, daha bir hərbçinin də əsir götürüldüyü nümayiş etdirilib.

Əsir götürülən polkovnik-leytenantın adı açıqlanmayıb.