Xəbər lenti

Ukraynalı oliqarxların Krımdakı mülkləri milyard rubla satılacaq
Dünya 12:45 21.10.2023

Ukraynalı oliqarxların Krımdakı mülkləri milyard rubla satılacaq

Krım hakimiyyəti 2023-cü ilin sonuna qədər ukraynalı oliqarxların "milliləşdirilmiş" əmlakının satışından 1 milyard rubldan çox gəlir əldə etməyi gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Krım parlamenti"nin "rəhbəri" Vladimir Konstantinov öz "Telegram" kanalında məlumat verib.

"İlin sonuna kimi 19 lot üzrə hərrac vasitəsilə "milliləşdirilmiş" əmlakın özgəninkiləşdirilməsi planlaşdırılır. Bu obyektlərin satışı nəticəsində Krımın büdcəsinə 1 milyard rubldan çox vəsait daxil olacaq", deyə o yazıb.

Açıq hərraclarda kommersiya obyektlərinin, sanatoriya və kurort obyektlərinin, habelə yaşayış binalarının, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya məxsus mənzilin satışı ilə bağlı bildirişlər yerləşdirilib. Hərracda hər kəs iştirak edə bilər.

Konstantinov xatırladıb ki, ilin əvvəlindən Krım hakimiyyəti 8 lotu hərracda təxminən 820 milyon rubla satıb və bu da büdcəyə daxil olub. "RusLine Co" MMC-yə məxsus "Epicenter" şəbəkə mağazalarının bir hissəsinin satışı üzrə əməliyyat təxminən 500 milyon rubl gətirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->