Xəbər lenti

Şumaxer artıq yataq xəstəsi deyil: Əfsanədən yeni xəbər var
Dünya 15:56 26.01.2026

Şumaxer artıq yataq xəstəsi deyil: Əfsanədən yeni xəbər var

Yeddi dəfə "Formula-1" çempionu olan Mixael Şumaxer 12 ildən çoxdur ictimaiyyət qarşısına çıxmayıb. O, xizəklə eniş zamanı yıxılmış və ağır xəsarət almışdı.

Qaynarinfo-nun məlumatına görə, "Daily Mail" isə bir neçə mənbəyə istinadən yazır ki, keçmiş pilot artıq yata xəstəsi deyil. İndi o, otura və tibbi personalın köməyi ilə evdə əlil arabası ilə hərəkət edə bilir.

Əvvəllər mediada Şumaxerin yalnız uzana və digər insanlarla yalnız gözləri ilə ünsiyyət qura bildiyi bildirilirdi. Lakin bir neçə şahid bu məlumatın doğru olmadığını deyib.

"Onun hər şeyi başa düşüb-düşnədini dəqiq demək olmaz, çünki bunu ifadə edə bilmir. Ancaq görünür, o, ətrafında baş verənlərin bir qismini anlayır, lakin hamısını yox", deyə "Daily Mail" mənbəyə istinadən yazır.

Nəşr bildirir ki, keçmiş pilot 29 dekabr 2013-cü ildə baş verən qəzadan bəri heç kim tərəfindən ziyarət olunmayıb. Həmçinin əvvəllər keçmiş əməkdaşların saxta şəkildə satışa çıxarmaq cəhdlərinə baxmayaraq, əfsanəvi piloton ağır vəziyyətin əks etdirən şəkilləri də mövcud deyil, 

2024-cü ilin oktyabrında bildirilmişdi ki, Şumaxer 11 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Həmin vaxt "The Mirror" yazmışdı ki, əfsanəvi çempion qızının toyuna qatılıb. Lakin "Daily Mail" bu məlumatı təkzib edib.

2024-cü ildə həmçinin xəbər yayılıb ki, Şumaxerin əfsanəvi avtomobili hərraca çıxarılacaq və milyonlarla dollara satılacaq. Söhbət "Ferrari 248 F1" modelindən gedir və onun qiymətinin 15 milyon dollardan çox olacağı gözlənilir. Bu avtomobil Şumaxerin beş Qran-pri qələbəsi, həmçinin San-Marino Qran-prisi, Avropa, Cənubi Afrika, Fransa və Almaniya çempionatlarındakı uğurları ilə məşhurdur.

Aydın
--> -->