Xəbər lenti

Şuşa və İçərişəhərlə bağlı yeni qadağalar
Ölkə 15:51 08.07.2026

Şuşa və İçərişəhərlə bağlı yeni qadağalar

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub.

Qaunarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilib.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı müvafiq Fərmanla isə sözügedən məsələlərə razılıq vermək səlahiyyəti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə verilib.

İçərişəhərdə isə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub. Bununla bağlı Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.

Sənədə əsasən, qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->