Ölkə 15:17 17.03.2023

Vahid Əhmədov: "Məhsulların bahalaşmasına səbəb süni qiymət artımıdır"

Ərzaq məhsullarının qiymət artımı kifayət qədər yüksəkdir.

Qaynarinfo xəbər verir ki bu barədə deputat Vahid Əhmədov Milli Məclisin iclasında deyib.

Vahid Əhmədov qeyd edib ki, bahalaşmanı nə qədər infilyasiya ilə əlaqələndirsək də, burada süni qiymət artımı da var:

"Buna görə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna ciddi nəzarət etməlidir".
 
Qafqaz Rafiqoğlu