Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.
Vaqif Əsədov Qaynarinfo-ya açıqlamasında təqaüdə göndərilməsi ilə bağlı ətrafı məlumat veriləcəyini bildirib.
"Mətbuatla çox yaxşı işləyirdiniz, getməyinizə üzüldük” deyəndə Vaqif müəllimin cavabı belə oldu: "Yenə də yaxşı işləyəcəksiniz, narahat olmayın”.
Qeyd edək ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.
Bahar Rüstəmli
Şərhlər