Xəbər lenti

Siyasət 16:11 17.10.2022

Vatikana göndərilən səfir hansı məşhurun oğludur?

Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifə İlqar Yusif oğlu Muxtarova tapşırılıb. 

53 yaşlı diplomat daha əvvəl  Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. 

Qeyd edək ki, İ. Muxtarov mərhum Xalq artisti Amaliya Pənahovanın oğludur. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->