Xəbər lenti

AKİ yeni sədr seçəcək - Konfransın vaxtı açıqlandı
Sənət 13:45 08.08.2026

AKİ yeni sədr seçəcək - Konfransın vaxtı açıqlandı

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçiriləcək. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Xalidə Quliyeva məlumat verib. 

Onun sözlərinə görə, sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulan konfransda ittifaqın İdarə Heyəti formalaşdırılacaq və yeni sədr seçiləcək.

Xalidə Quliyeva bildirib ki, hazırda Azərbaycan kinosunda peşəkarlıq çatışmır:

"İşlər gedir, yaxşı, istedadlı uşaqlar var, maraqlı filmlər çəkilir. Yaxşı ki, bu proses var, yəni Azərbaycan kinosu fəaliyyətdədir. Mədəniyyət Nazirliyi, ARKA, kinostudiya tərəfindən işlər görülür və bunun hesabına kino yaşayır".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti mərhum Rasim Balayev olub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->