Xəbər lenti

Dünya 11:08 10.12.2023

Venesuela və Qayana prezidentləri bu adada görüşəcək

Venesuela və Qayana ölkələr arasında ərazi münaqişəsinin həlli üçün yüksək səviyyəli danışıqlar aparacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, Venesuela prezidenti Nikolas Maduro Moros Braziliyadan olan həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparıb. Söhbətdə Sent Vinsent və Qrenadinin baş naziri Ralf Qonsalves də iştirak edib. Danışıqlar zamanı Qayana Kooperativ Respublikası ilə sammitin keçirilməsi təklifi irəli sürülüb və onun yaxın günlərdə elan edilməsi planlaşdırılır.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, hər iki söhbət zamanı Venesuelanın Qayana-Essekibo üzərində suveren hüququnun tarixi mövqeyi, eləcə də 1966-cı il Cenevrə razılaşmasına əsaslanan tələblərin hüquqi mahiyyəti təsdiqlənib.

Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, Maduronun BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı olub və o, münaqişə tərəfləri arasında dialoqun qurulması səylərini dəstəkləyib.

Artıq Venesuela və Qayana liderləri Nikolas Maduro ilə İrfaan Əli dekabrın 14-də Sent Vinsent və Qrenadin adalarında Essequibo ərazisi ilə bağlı mübahisənin sülh yolu ilə həllini müzakirə etmək üçün üz-üzə görüşəcəkləri açıqlanıb. Bu barədə "RİA Novosti" məlumat yayıb.

Görüş zamanı iki dövlətin prezidentləri ölkələr arasında mübahisəli məsələləri müzakirə edəcəklər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->