Xəbər lenti

Vətəndaşların nəzərinə: Bakının iki rayonunda su kəsiləcək
Ölkə 20:25 29.11.2023

Vətəndaşların nəzərinə: Bakının iki rayonunda su kəsiləcək

Bu gün Bakının iki rayonunda su kəsiləcək.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->