Ölkə 15:15 10.01.2024

Vüqar Qurbanov direktoru işdən çıxardı, qaziyə vəzifə vedi (FOTO)

"Ağdaş Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsin direktoru Nuru Nuriyev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.


Nuru Nuriyev

Vüqar Qurbanovun digər əmri ilə bu vəzifəyə Qarabağ qazisi, ehtiyatda olan tibb kapitanı İbrahimov İntiqam Əhmədiyə oğlu gətirilib. O, həm də xəstəxananın direktor müavini - baş həkimidir. 


İntiqam İbrahimov

Qeyd edək ki, 2021-ci ilin aprel ayında "Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Nuriyev Nuru İbad oğlu rüşvət almaqda təqsirləndirili bilinərək, müvəqqəti vəzifəsindən kənarlaşdırılımışdı. 

Əhməd