Xəbər lenti

Xaçmazda ticarət mərkəzində 92 min manatın mənimsənilməsinə görə cinayət işi açıldı
Ölkə 23:52 05.07.2023

Xaçmazda ticarət mərkəzində 92 min manatın mənimsənilməsinə görə cinayət işi açıldı

Xaçmazda Ticarət Mərkəzində baş vermiş mənimsəmə faktı üzrə cinayət işi başlanıb.

Xaçmaz rayon prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, Xaçmaz rayon sakini Azər Səfərova məxsus "Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->